ABŞ Qəbələ RLS-dən Rusiya ilə birgə istifadəyə razı ola bilər
24 Noyabr 2010 Çərşənbə 13:00
Rusiyalı ekspert Maksim Minayev belə hesab edir
ABŞ Rusiya ilə raket əleyhinə müdafiə (RƏM) üzrə dialoq çərçivəsində Moskvanın Qəbələ RLS-dən birgə istifadəsi təklifi ilə razılaşa bilər. Rusiyanın siyasi Konyuktura Siyasəti Mərkəzinin eksperti Maksim Minayev belə hesab edir.
“ABŞ bu təklifi qəbul edə bilər, amma yəqin ki, Qəbələ Bolqarıstan, ola bilsin ki, Rumıniya və Çexiya ərazisində analoji obyektləri təkrarlayan obyekt olacaq”, - deyə ekspert bildirib.
“Qəbələ ilk növbədə “Rusiya-NATO” əlaqələrinin təkrarlanmasına və vurğulanmasına istiqamətlənib, ABŞ-ın təhlükəsizliyinin təmin edilməsinə deyil, çünki, amerikalıların məqsədi başqadır və ondan ibarətdir ki, Rusiyanı əməkdaşlığa cəlb etsin, lakin bununla yanaşı Rusiyadan özü üçün təhlükəsizliyi təmin etsin”, -deyə M.Minayev əlavə edib.
DOSTLARINLA PAYLAŞ: