ABŞ pilotsuz təyyarə ilə hücuma keçdi
09 Avqust 2013 Cümə 08:29
Yəməndə 5 nəfər Əl-Qaidə üzvü öldürülüb.
Yəməndə pilotsuz təyyarə ilə edilən hücum 5 nəfərin ölümünə səbəb olub. ANS PRESS-in “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-a aid pilotsuz təyyarənin iki ayrı hücumu nəticəsində Əl-Qaidə təşkilatına mənsub olduqları ehtimal edilən 5 nəfər ölüb.

Hücumlardan biri Gil Bavazir şəhəri yaxınlığındakı Əl-Uyun bölgəsinə edilib.

Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı son vaxtlar hücumlarının sayını artırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar