ABŞ Papanın telefon danışıqlarının dinlenildiyini inkar edir
31 Oktyabr 2013 Cümə Axşamı 06:51
Milli Tehlükesizlik Agentliyinin "Panorama" qezetinin melumatına reaksiyası özünü çox gözletmedi.
ABŞ Milli Tehlükesizlik Agentliyi (MTA) İtaliyanın "Panorama" qezetinin Roma Papasının telefon danışıqlarının Birleşmiş Ştatlar terefinden dinlenildiyine dair yaydığı xeberi tekzib edib.

ANS PRESS-in İTAR-TASS-a istinaden verdiyi melumata göre, Agentlik resmisi Veni Vayns ABŞ-ın Vatikana qarşı keşfiyyat fealiyyeti göstermediyini açıqlayıb.

Qeyd edek ki, "Panorama"nın melumatında Milli Tehlükesizlik Agentliyinin emekdaşlarının 2012-ci ilin 10 dekabrından 2013-cü ilin 8 yanvarınadek 46 milyon telefon danışııqları dinlediklerini ve bu danışıqların arasında Vatikandan edilen zengler de olduğu bildirilirdi. İtaliya qezeti MTA-nın gizli Papa seçimleri zamanı mexfi telefon danışıqlarını dinlediyi iddiası ile çıxış etmişdi. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar