ABŞ Pakistanın könlünü almağa çalışır
22 Oktyabr 2010 Cümə 22:50
İslamabad 2 milyard dollarlıq hərbi yardım alacaq.
ABŞ Pakistana 2 milyard dollar həcmində hərbi yardım edəcək. “BBC”nin məlumatına görə, bu barədə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton məlumat verib. Klintonun sözlərinə görə, ölkəsinin terrorizmlə mübarizədə Pakistandan güclü tərəfdaşı yoxdur: "Bu, ABŞ-ın Pakistana 5 il müddətində təqdim edəcəyi 7,5 milyard dollara əlavə olunacaq".

ABŞ-ın Pakistana tədarük edəcəyi hərbi texnika və avadanlığın “Əl-Qaidə” və “Taliban” silahlı qruplaşmaları ilə mübarizə aparmağa imkan verəcəyi ehtimal edilir.

Qeyd edək ki, son vaxtlar ABŞ-Pakistan münasibətlərində gərginlik yaranıb. Belə ki, Birləşmiş Ştatların səhvən Pakistan ərazisini atəşə tutması ikitərəfli münasibətlərdə soyuqluğun yaranmasına gətirib çıxarıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar