ABŞ Pakistanı bombaladı
20 İyun 2010 Bazar 10:35
Raket zərbələri 15 nəfərin həyatına son qoyub.
ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərb bölgəsinə iki raket zərbəsi endirib və nəticədə 15 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Raket zərbəsindən biri Vəziristan vilayətində kənd evlərindən birinə endirilib. Pakistan təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, həmin evdə yaraqlılar fəaliyyət göstərirmiş. Lakin yerli hakimiyyətin məlumatına görə, həlak olanların şəxsiyyəti hələlik müəyyən olunmayıb.
Pakistan rəsmilərinin məlumatına görə, Birləşmiş Ştatlar ordusunun Əfqanıstanla sərhhəddə keçirdyi əməliyyat zamanı təyyarənin açdığı raket atəşi nəticəsində 13 nəfər həlak olub.
Bu ərəfədə isə ABŞ-ın xüsusi elçisi Riçard Holburk Pakistan rəsmiləri ilə görüşüb. Görüşdə məqsəd Birləşmiş Ştatların Əfqanıstanda olan hərbi birlşəmələri üçün Paksitanın dəstəyini almaqdır. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Holbruk bildirib ki, Usamə Bin Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” terror təşkilatı son illərdə ciddi surətdə zəifləyib.
Holbruk Pakistanın silahlı birləşmələrlə mübarizədə gördüyü işləri və məruz qaldığı itkiləri də qiymətləndirib. Riçard Holbruk Pakistan əhalisinin üzləşdiyi içməli su və enerji problemlərini nəzərə alaraq ABŞ-ın Pakistan əhalisinin yaşayış şəraitinin yaxşılaşmasına kömək edəcəyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: