ABŞ Pakistana 1,6 milyard dollar yardım edəcək
20 Oktyabr 2013 Bazar 13:16
Birləşmiş Ştatların bu addım iki ölkə arasında münasibətlərin istiləşməsi ilə əlaqədardır.
Amerika Birləşmiş Ştatları Pakistana 1,6 milyard dollardan çox hərbi və iqtisadi yardım ayırmağı planlaşdırır. Bu barədə "Associated Press" agentliyi xəbər verir. Məlumata görə, ABŞ-ın Pakistana yardımının həcminin artırılması iki ölkə arasında münasibətlərin yaxşılaşması ilə əlaqədardır.
ABŞ-Pakistan münasibətləri Birləşmiş Ştatların Pakistan ərazisində keçirdiyi anti-terror əməliyyatları zamanı pakistanlı əsgərlərin həlak olması və amerikalı xüsusi təyinatlılar tərəfindən Pakistanda yerli hakimiyyətlə razılaşdırmadan "Əl-Qaidə" lideri Usama bin Ladenin zərərsizləşdirilməsi ilə əlaqədar pisləşmişdi. Nəticədə ABŞ Pakistanda həyata keçirilən bir sıra yardım proqramlarına maliyyə dəstəyini dayandırmışdı.
Oktyabrın 23-ü isə Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə Pakistanın baş naziri Nəvaz Şərifin görüşü gözlənilir.
DOSTLARINLA PAYLAŞ: