Pentaqon Özbəkistanda Amerika hərbi bazasının açılması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə RİA Novostiyə Pentaqonun məbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Qırğızıstan “Manas” bazasını bağlamaq istəyini bildirdikdın sonra Vaşinqton Mərkəzi Asiya ölkələrinin bir neçəsi ilə Əfqanıstana avadanlıq və yük daşımalar üçün danışıqlar aparıb. “Biz onlarla danışıqlar aparmışıq amma onun nəticələri haqqında hələki bir şey deyə bilmərəm”, - deyə Pentaqon nümayəndəsi bildirib.
Xatırladaq ki, 2001-ci ildə Özbəkistanın Karşi-Xanabad aerodromu SSRİ ərazisində Amerika qoşunları üçün istifadə olunan ilk ərazi olub. Lakin dörd il əvvəl Əndican hadisələrindən sonra Vaşinqton və Daşkənd arasındakı əlaqələrdə yaranan gərginliklə bağlı Pentaqon qoşunları Xanabaddan Əfqanıstandakı "Bahram" və Qırğızıstandakı "Manas" hərbi bazasına köçürdü. 2009-cu ilin fevralında isə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Amerika hərbi qüvvələrinin bu ölkədəki "Manas" bazasından çıxarılması ilə bağlı qərar verib. Qərara əsasən hərbi qüvvələr Qırğızıstan ərazisindən avqust ayına qədər çıxarılmalıdır./ANSPRESS/