ABŞ-ın herbi texnikasının en bahalısı "USS Gerald R. Ford" adlı texnikadır.
ABŞ ordusunun en bahalı texnikalarının fotoları yayımlanıb. ANS PRESS-in melumatına göre, ilk onluqdakı silahlardan "Trident II" mermisinin ümumi deyeri 65,7 milyon dollardır. Bu silah 15 min km diametrindeki bir saheni bir neçe deqiqe erzinde vura bilir. 13,5 metr uzunluğundakı mermiden ABŞ-ın elinde 500-den çox olduğu bilinir. Bütün mermilerin ümumi deyeri 36 milyard dollar teşkil edir.
Digər bir hərbi gücü sayılan "Boeinq F/A-18 E / F Super Hornet"dir. 90.8 milyon dollar dəyəri olan qurğu hava üstünlüyü qurma məqsədiylə Boeing firması tərəfindən istehsal olunub. Cüt motorlu bir ovçu təyyarəsi olaraq hazırlanan hərbi texnika təyyarə gəmilərindən də qalxa bilir. Ən yaxşı ovçu təyyarələri arasında yer alan "Super Hornet"lərdən ABŞ Donanmasının hərbi bazasında ümumi dəyəri 56,8 milyard dollar olan bu texnikadan 556 ədəd var.
Təyyarə və vertolyotun qarışığı olan "Osprey" isə hər cür ucuş zolağı və əraziyə rahatlıqla eniş edə bilir. Boeinq firmasının istehsal etdiyi "Osprey" 9 ton daxili və 7 ton xarici yük daşıya bilir. ABŞ Hava qüvvələrində ümumi dəyəri 57,8 milyard dollar olan 459 ədəd "Osprey" var.
İstehsalçı firma "Lokhet Martin"in aralarında Türkiyənin də olduğu 9 ölkə ilə birlikdə hazırladığı "F -35" ən son texnologiya sahib döyüş təyyarəsi olaraq bilinir. Radarda izi yox deyiləcək qədər az olan təyyarələr üfüqi və şaquli manevrlər edə bilir.
Digər bir hərbi texnika "P- 8A Poseidon" adlı hərbi təyyarənin ümumi xərci 206,5 milyon dollardır. "Boinqin" istehsal etdiyi qırıcı səthdəki hədəfləri məhv edə bilir. Hətta enişə keçmiş sualtı qayığı belə vurmağ imkanına malikdir. ABŞ Hava Qüvvələri bazasında 100 ədəd olan bu təyyarələrin hamısının ümumi dəyəri 30 milyard dolları keçir.
"F -22 Raptor" adlı bu hərbi texnikanın ümumi xərci 211,6 milyon dollar təşkil edir. Tarixin ən bahalı tək nəfərlik döyüş reaktivi olaraq göstərilən "Lokhid Martin" firması tərəfindən istehsal olunub. Hava üstünlüyü olan texnika radar izi ilə yüksək görünməzlik təmin edı bilən ovçu təyyarəsidir. Manevr qabiliyyəti ən yaxşı olan təyyarə olaraq bilinir. ABŞ Hava qüvvələrində 199 ədəd var və hamısının ümumi dəyəri 79,2 milyard dollardır.
"Arleig Burke sinifi gəmilər" adlı bu hərbi texnikanın ümumi dəyəri isə nə az nə çox 1,299 milyon dollardır. ABŞ donanmasının gözbəbəkləri kimi də adlanan hərbi gəmilər 1995-ci ildən bu yana xidmət verməkdədir. Tek bir dənəsində 550 personalın çalışdığı bu gəmilərdən ABŞ hərbi bazalarında 75 ədəd var. Dənizdən quruya atılan "Tomahawk" raketləri "Arleig Burke"lerin başlıca silahlarındandır.
"Ohio sinifi Nüvə Dənizaltı" ümumi xərci 2 milyard dollar təşkil edir. 170 metr uzunluğunda bu nüvə dənizaltı az qala bir neft tankeri ilə eyni böyüklüyə sahibdir. Rusların Tayfun sinifi dənizaltılarından sonra ən böyük dənizaltı olan "Ohio" 155 personalı ilə aylarla su səthinə heç çıxmadan dənizin altında qala bilər. ABŞ ordusunda 18 dənə olan bu dənizaltı 24 ədəd nüvə başlıqlı ballistik raket daşıya bilir.
"Virginia sinifi Nüvə Denizaltı" hərbi texnikasının vahid xərci 2,55 milyard dollardır. Los Angeles sinifi nüvə dənizaltıların yerini alması üçün istehsal olunan "Virginia sinifi dənizaltılar" 2004 -ci ildən bəri ABŞ Donanması xidmətindədir. 102 metrlik uzunluğu ilə "Ohio" denizaltılarından daha qısa olmasına baxmayaraq çox daha bacarıqlı və texnoloji bir gəmidir. Saatda 45 km sürətə çata bilən bu dənizaltılar eyni zamanda radara tutulmama xüsusiyyətinə sahibdir. Sahib olduğu "Tomahawk" raketləri ilə 1600 km kənardakı hədəfləri belə vura bilir. Bu texnikadan ABŞ Donanmasında 30 ədəd var və hamısının ümumi dəyəri 77 milyard dollardır .
"USS Gerald R. Ford" adlı texnikanın vahid xərci 11,5 milyard dollardır. ABŞ-ın ən bahalı hərbi texnikası olan təyyarə gəmisi 2013-ci ilin dekabr ayında istehsal olunub. "USS Gerald R. Ford" ABŞ-ın ən böyük və ən bahalı təyyarə gəmisi olma xüsusiyyətinə sahibdir. 112,000 ton ağırlığında və 337 metr uzunluğunda olan texnika 72 ədəd təyyarəni göyərtəsində saxlaya bilir. Test sürüşləri davam edən bu nəhəngin 2015-ci ildə ABŞ donanması bazasına girməsi gözlənilir.