ABŞ müsəlmanlarla yeni dialoq axtarışındadır
16 Sentyabr 2009 Çərşənbə 04:10
Hillari Klinton: "Müsəlmanlarla yeni əlaqələr sülh və rifah dolu gələcək üçün vacibdir"
ABŞ xarici siyasət idarəsinin müsəlman ictimaiyyətə əlaqələr üçün təyin etdiyi ilk xüsusi nümayəndə Fərəh Pandit bu gün Vaşinqtonda and içərək rəsmən vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimində çıxış edən ABŞ dövlət katibi Hillari Klinton hazırda təyinat üçün ən uyğun zamanın olduğunu bildirib. “Təyinat üçün bundan yaxşı vaxt ola bilməzdi. Prezident Obamanın Qahirədə və Ankarada dediyi kimi, millətimiz dünya müsəlmanları ilə yeni əlaqələr yaratmaq üçün çalışır. Bu münasibət sülh və rifah dolu gələcək üçün vacibdirr”.
Bütün bunların bir gecədə olmasının mümkün olmayacağını deyən Klinton, bu münasibətin meydana gəlməsi üçün sehrli formul axtarmadıqlarını vurğulayıb. “Bu səbr, israr və çox işləmək tələb edən bir prosesdir. Bu dialoq sadəcə terrorçuluq və din fundamentalizmi ilə əlaqəli olmayacaq. Burda hər birimizin sahib olduğu müştərək nöqtələrə, uşaqlarımızın gələcəyi üçün sərf etdiyimiz ümidlərə, sabah bizi nə gözlədiyinə aid gündəlik həyatımızda verdiyimiz suallara toxunulacaq”.
Bütün bunlarla yanaşı müsəlmanların qayğıları ilə də məşğul olacaqlarını deyən Klinton, Panditin ABŞ dövlətinə çox böyük dəstəyi olacağını bildirib. “İraqa necə investisiya qoyacağıq və işinə qayıtmaq istəyənlər üçün bu imkanı necə təmin edəcəyik? Yaşadıqları cəmiyyətdən təcrid olunduqlarını fikirləşən avropalı müsəlmanlarla necə maraqlanacağıq? Dövlətimizin verdiyi bəyanatların sadəcə hökumətlərarası yox, insanlar və ictimaiyyətlər arasında da olduğundan necə əmin ola bilərik? Fərəh Pandit bu vəzifəni icra etməkdə bizə yardımçı olacaq”.
Dünyanın fərqli yerlərindəki bütün müsəlmanlarla münasibət qurmaq, ayrı-seçkiliklə mübarizə və xoşməramlı dialoqu təşviq etmək üçün konkret addımlar atacaqlarını deyən dövlət katibi bildirib ki, Pandit zorakılığı və fundamentalizmi rədd edən müsəlmanların səslərini eşitdirmək üçün dini liderləri, QHT-ləri və siyasətçiləri görüşdürmək yolunda faliyyət göstərəcək, millətimizin dəyərləri və ənələrini əks etdirəcək şəkildə etimad və əməkdaşlığın əsasını meydanna gətirməkdə bizə dəstək verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar