Təlimçilərin filləri axtardığı müddət ərzində fillər sirk işçilərinin bir neçə avtomobili əzməyə müvəffəq olub.
ABŞ-da “Moolah Shrine Circus”sirk proqramının nümayişinə hazırlaşarkən 3 fil sirkdən qaçıb. ANS PRESS-in məlumatına görə, hadisə Missuri ştatında baş verib. Fillər 40 dəqiqə təlimçilərdən gizlənib.
Təlimçilərin filləri axtardığı müddət ərzində fillər sirk işçilərinin bir neçə avtomobili əzməyə müvəffəq olub. Fillər avtomobillərin park olunduğu yer binanın arxa tərəfindən çıxıb. Onların kütlənin səsindən qorxduğu üçün qaçdıqları ehtima edilir. Buna görə də fillər özülərini narahat hiss edirdilər.
Hzırda sirkdə dəyilən ziyanın məbləği hesablanır.. Bununla yanaşı, filləri proqramdan uzaqlaşdırmayıblar.
