ABŞ Misirdeki çevrilişe destek verdi
02 Avqust 2013 Cümə 22:54
Misir ordusu ölkenin seçilmiş prezidentini vezifeden devirende demokratiyanı berpa edirdi.
"Misir ordusu ölkənin seçilmiş prezidenti Məhəmməd Mursini vəzifədən devirəndə demokratiyanı bərpa edirdi", ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Katibi John Kerry deyib.
Cənab Kerrynin sözlərinə görə, prezidentin qovulması milyonlarla adamın tələbinə görə olub.
Eyni zamanda polis Mursi tərəfdarlarının paytaxt Qahirədə keçirilən oturum aksiyalarını dağıtmağa hazırlaşır.
Misirin daxili işlər naziri cənab Morsinin tərəfdarlarına vəd edib ki, düşərgələri sürətli şəkildə tərk etsələr çıxış "təhlükəsiz" olacaq.
Ölkənin kabineti etirazları "milli təhlükəsizliyə təhlükə" adlandıraraq, polisi onlara son qoymağa çağırıb.
Vaşinqton cənab Morsinin qovulmasını "çevriliş" adlandırmaqdan imtina edib. ABŞ bunu etsə, Misirə ildə 1.5 milyard dollar dəyərində etdiyi maddi yardımı dayandırmalı olacaq. Müxbirlər deyir ki, cənab Kerrynin son şərhləri Misirdəki müvəqqəti hökümətə dəstək kimi qəbul olunacaq.
DOSTLARINLA PAYLAŞ: