ABŞ mercanlara bomba atdı
22 İyul 2013 Bazar Ertəsi 07:18
Böyük Sedd rifine ağırlığı 2 ton olan 4 eded bomba düşüb.
ABŞ-ın iki hərbi təyyarəsi, hərbi manevr zamanı Avstraliyanın Dünya İrs Siyahısında yer alan Böyük Sədd rifinə ( Avstraliyanın şimal-şərq sahillərində 2500 km boyunca Mərcan dənizində mərcan rif və adalar silsiləsi) bomba atıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, mərcan rifinə ağırlığı 2 ton olan 4 ədəd bomba atılıb.
Məlumata görə, Harrier tipli hərbi təyyarədə manevrlər zamanı texniki problemlər yaranıb və bombalar bu səbəblə mərcan riflərinin yaxınlığına düşüb.
Qeyd edək ki, amerikalı və avstraliyalı 28 min əsgərin iştirak etdiyi Talisman Saber manevri üç həftə davam edəcək.
DOSTLARINLA PAYLAŞ: