ABŞ Medvedevə cavab verdi
24 Noyabr 2011 Cümə Axşamı 11:04
Raketdən müdafiə sistemi Rusiyanın nüvə silahlarına qarşı yönəlməyib.
ABŞ Dövlət Departamenti dünən Rusiya prezidenti Medvedevin raketdən müdafi sistemi ilə bağlı verdiyi açıqlamasına toxunub. Dövlət Departamentinin sözçüsü Mark Tonır Rusiyanı bir daha əmin etməyə çalışıb ki, raketdən müdafiə sistemi Rusiyanın nüvə silahlarına qarşı yönəlməyib.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti sərt şəkildə bildirmişdi ki, ABŞ Rusiyanı öz planları haqqında tam razı salmasa, Rusiya ABŞ-ın müdafiə sistemini vurmaq üçün raketləri işə salacaq. Medvedevin bu bəyanatı isə Barak Obamanın rəsmi Kremlinlə münasibləri yaxşılaşdırmağa çalışdığı bir vaxtda ABŞ-Rusiya əlaqələrinə zərbə vurub.
Medvedev Rusiya və ABŞ-ın raketdən müdafiə sistemi ilə bağlı danışıqlarda razılığa gələcəklərinə ümid bəsləsə də, rəsmi Vaşinqtonu və onun müttəfiqlərini Rusiyanın narahatlığına məhəl qoymamaqda günahlanıdırıb.
Rusiya prezidenti bildirib ki, ABŞ sistemin Rusiyaya qarşı yönəlmədiyinə zəmanət verməsə, Rusiya ABŞ-a qarşı hərbi tədbirlər görəcək.
Mark Tonır dəfələrlə təkrarlana suallara baxmayaraq, yenə də Rusiya ilə əməkdaşlığa davam edəcəklərini bildirib.
Xatırladaq ki, rəsmi Moskva müdafiə sistemi yaradılması ilə bağlı NATO ilə ötən ilin payızında razılığa gəlmişdi. Lakin sistemin necə işləyəcəyi ilə bağlı məsələlər öz həllini tapmadığından sistemin quraşdırılması vaxtı uzanırdı.
DOSTLARINLA PAYLAŞ: