ABŞ Liviya üsyançılarına silah ötürməyə hazırlaşır?
08 Mart 2011 Çərşənbə Axşamı 12:01
Ağ evin bununla bağlı Səudiyyə Ərəbistanına müraciət etdiyi bildirilir
ABŞ liviyalı müxalifətçilərə silah göndərmək istəyi və Ağ evin Benqazi nümayişçilərinə silah ötürmək niyyəti ilə bağlı vasitəçi olmaq üçün hətta Səudiyyə Ərəbistanına da müraciət etməsi ilə bağlı xəbərlər yayılıb. ANS PRESS-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı Eğ evdə ABŞ prezidenti Barak Obamanın mətbuat katibi Cey Karni brifinq keçirib. Dövlət rəsmisi bu barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib və bu məlumatı təkzib edib.

Lakin ABŞ prezidentinin sözçüsü “Birləşmiş Ştatlar Liviyadakı nümayişçilərin silahla təmin edilməsi məqsədi ilə başqa ölkələrə müraciət edə bilərmi?” sualına birmənalı cavab verməyib. Cey Karni belə bir variantın Liviyada yaşanan münaqişənin həlli edilməsi üçün nəzərdən keçirildiyini, lakin bu haqda danışmağın hələ erkən olduğunu bildirib.

Karninin sözlərinə görə, Amerika hazırda Liviya müxalifəti ilə ünsiyyət qurmağa və onların əsl məqsədlərinin nə olduğunu aydınlaşdırmağa çalışır: “Hesab edirəm ki, Şərqi Liviyaya silah göndərmək hələ ki yerinə düşməz”.

Xatırladaq ki, ABŞ tərəfdaşı Səudiyyə Ərəbistanından Liviya üsyançılarına silah göndərilməsi haqda xəbəri tanınmış jurnalist Robert Fiska yayıb. Belə ki, R. Fiskanın bu barədə məqaləsi ötən gün "The İndependent" qəzetində yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar