ABŞ-la Rusiya arasında ət qalmaqalı
09 Dekabr 2012 Bazar 12:37
Ağ Ev Moskvanı Dünya Ticarət Təşkilatının qaydalarını pozmaqda günahlandırır.
ABŞ-la Rusiya arasında ət qalmaqalı başlayıb. ANS PRESS «Reuters»ə istinadən bildirir ki, buna səbəb Rusiyanın ABŞ-dan idxal edilən ət məhsullarında raktopaminin miqdarı barədə sertifikat tələb etməsi olub.

Beta-adrenostimulyator raktopamin heyvandarlıqda ətin daha az yağlı olması üçün istifadə edilir. Bir çox ölkələr onun zərərli sayır. Amma ABŞ-da bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Rusiya isə ABŞ-dan ət idxal edənlərdən ətin tərkibində beta-adrenostimulyator raktopamin olmamasını təsdiq edən sənəd istəyir. ABŞ isə bunu Dünya Ticarət Təşkilatının qaydalarının pozulması sayır.

Qeyd edək ki, Rusiya hər il ABŞ-dan yarım milyard dollarlıq ət idxal edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar