ABŞ konqresmeni Qabriel Qiffords xəstəxanadan buraxılıb
22 Yanvar 2011 Şənbə 06:35
Ölüm təhlükəsindən qurtarsa da həkimlər konqresmenin beyin funksiyalarının tam bərpasına zəmanət vermir.
Sui-qəsd nəticəsində yaralanmış Birləşmiş Ştatlar konqresinin üzvü Qabriel Qiffords xəstəxanadan buraxılıb. Xanım konqresmen xüsusi olaraq təchiz edilmiş təcili yardım avtomobilində təyyarələrin havaya qalxdığı hərbi hava qüvvələri bazasına aparılıb. İçərisində xanım konqresmenin olduğu təyyarə artıq Hyustona çatıb. Hyuston şəhərinin beyin və onurğa beyninin müalicəsi sahəsində ixtisaslaşmış klinikalarından birində Qiffords bərpa kursu keçəcək. Həkimlərin dediyinə görə son günlər 40 yaşlı konqresmenin səhhətində irəliləyişlər müşahidə edilir. Ölüm təhlükəsindən qurtarsa da həkimlər konqresmenin beyin funksiyalarının tam bərpasına zəmanət vermir.
Xatırladaq ki, yanvar ayının 8-də silahlanmış cinayətkarın törətdiyi hücum nəticəsində hakim və 9 yaşlı qız uşağı daxil olmaqla 6 nəfəri qətlə yetirmiş, 14 nəfər, o cümlədən Qiffordsu yaralamışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: