ABŞ Konqresində Xocalı soyqırımı
28 Fevral 2009 Şənbə 13:57
ABŞ-ın Kentaki ştatından olan millət vəkili Ed Vaytefild Xocalı soyqırımının 17-ci il dönümü ilə bağlı Konqresdə çıxış edib. APA-nın ABŞ bürosunun xəbərinə görə, konqresme
Ed Vaytefild Xocalı qətliamının bu günə kimi Qafqazın və Xəzər dənizi hövzəsinin ən qanlı faciəsi olduğunu qeyd edib.
Konqresmen qətlə yetirilən şəxslərin əksəriyyətinin yaxın məsafədən, girovların isə xüsusi işgəncələrlə qətlə yetirildiyini yazıb. Millət vəkili Xocalıdan sonra ermənilərin bütün Dağlıq Qarabağda bu cür qətliamları tətbiq etməyə başladıqlarını bildirib.
Konqresmen İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan http://justiceforkhojaly.org/ (Xocalıya Ədalət) saytında faciə ilə bağlı müvafiq məlumatların toplandığını və bu məlumatların yayılmasında saytın mühüm rol oynadığını da qeyd edib.
Müraciətin sonunda Konqresmen Xocalı soyqırımının 17-ci il dönümündə özünün Azərbaycan xalqı ilə birgə olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar