ABŞ Kipr müzakirələrində iştirak etməyəcək
20 Yanvar 2011 Cümə Axşamı 06:10
“ABŞ adanı iki zonalı və iki icmalı federasiya şəklində birləşdirən həlli yolundakı müzakirəni dəstəkləyəcək”.
“ABŞ hələ də davam edən Kipr müzakirələrinin iştirakçısı olmayacaq və adadakı iki liderlə BMT-nin baş katibi Pan Ki Mun arasında Cenevrədə keçiriləcək üçtərəfli görüşdə iştirak etməyəcək”. Bunu, ABŞ dövlət departamentinin mətbuat katibi Filip Krouli yazılı açıqlamasında bildirib.

Krouli yanvarın 26-da BMT baş katibinin Şimali Kipr Türk Respublikası prezidenti Dərviş Əroğlu və Cənubi Kipr Respublikasının prezidenti Dimitris Xristofyasla Cenevrədə görüşünün gözlənildiyini, ABŞ-ın bu iclasda iştirak etməyəcəyini deyib.

Filip Krouli rəsmi Vaşinqtonun Pan Ki Munun Kipr üzrə xüsusi müşaviri Aleksandr Dounerin himayəsində adanı iki zonalı və iki icmalı federasiya şəklində birləşdirən həlli yolundakı müzakirəni dəstəkləyəcəyini bildirib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar