ABŞ keşfiyyatı Merkelin telefon danışıqlarını izlemeyib
24 Oktyabr 2013 Cümə Axşamı 03:53
ABŞ prezidenti, bununla bağlı melumatı tekzib etdi.
ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon söhbətinin olması barədə xəbər yayılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı məlumat yayan Ağ Evin mətbuat xidməti bildirib ki, Obama Merkelə ABŞ kəşfiyyatı tərəfindən dinlənilmədiyini bildirib və bundan sonra da dinlənilməyəcəyi barədə zəmanət verib.
Məlumatda bildirilir ki, Obama, dinləmələrin ABŞ xalqının və müttəfiq ölkələrinin təhlükəsizlik problemlərini azaltmaq məqsədi ilə həyata keçirildiyini deyib. Onlar, ölkələrinin təhlükəsizliyini qorumaq üçün vətəndaşların gizlilik hüquqlarının qorunması məsələsində həmrəy olduqlarını da bildiriblər.
DOSTLARINLA PAYLAŞ: