ABŞ kəşfiyyatı 35 dünya liderinin telefonlarını dinləyib
25 Oktyabr 2013 Cümə 02:39
Guardian qəzeti sensasion iddia ilə çıxış edib.
ABŞ Milli Kəşfiyyat Agentliyi 35 dünya liderinin telefon danışığını dinləyib. ANS PRESS-in məlumartına görə, bunu Britaniyanın Guardian qəzeti Mərkəzi Təhqiqat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin sənədlərinə əsasən yayıb.
Telefon nömrələrinin yüksək çinli Amerika məmurları tərəfindən təqdim edildiyi bildirilir. Telefon söhbətləri dinlənilən prezidentlər sırasında Braziliya və Meksika dövlət başçılarının da adı çəkilir.
Bundan başqa Almaniya kansleri Anqela Merkelin də mobil telefonun ABŞ kəşfiyyatı tərəfindən dinlənildiyi bildirilir.
DOSTLARINLA PAYLAŞ: