ABŞ İsrailə ilk dəfə etiraz etdi
04 Avqust 2014 Bazar Ertəsi 13:10
İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlara başladığı 7 iyuldan bəri ABŞ ilk dəfə etiraz səsini yüksəldib.
ANS PRESS-in xəbərinə görə, buna, BMT-yə aid məktəbin İsrail aviazərbələrinə hədəf olması səbəb olub. Bu barədə açmıqlama verən ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki bu utancverici bombardımana görə dəhşətə gəldiyini vurğulayıb. Qəzzada olan BMT-yə aid bütün obyektlər, o cümlədən ötən gün aviazərbəyə məruz qalan məktəbə aid koordinatları dəfələrlə israilli rəsmilərə bildirdiklərini deyən Psaki İsrailin öz bildiyini etdiyini qeyd edib.

“ABŞ, Refahda evindən didərgin düşmüş 3 min nəfəri yerlə təmin edən, ən azı 10 fələstinlinin faciəvi şəkildə öldüyü UNRWA məktəbindəki utancverici bombardımana görə dəhşətə gəlib. İsrailin öz standartlarını qarşılamaq və mülki ölümlərin qarşısını almaq üçün daha çox səy göstərməsinin labüd olduğunu bir daha vurğulayırıq. Ətrafda yaraqlıların olması şübhəsi, çox sayda günahsız insanın həyatını risk qarşısında qoyan hücumları haqlı göstərməz. Son günlər digər UNRWA məktəbləri ilə yanaşı bu hadisənin də sürətlə araşdırılmasını tələb edirik”.

Qeyd edək ki, 3 israillinin itkin düşərək sonradan meyitlərinin tapılması, fələstinli gəncin qaçırılaraq yandırılaraq öldürülməsinbdən sonra İsrail, “Həmasa qarşı əməliyyat” adı ilə Qəzzada dinc əhalinin yaşadığı evləri bombardıman etməyə başlayıb. Bu əməliyyatlar nəticəsində 1 700-dən çox fələstinli, 70-ə yaxın İsrail hərbçisi ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar