ABŞ İranla nüvə proqramı ilə bağlı birbaşa danışıqlara hazırdır. Bu barədə dövlət departamentinin rəsmisi Robert Vud məlumat verib. O, bildirib ki, rəsmi Vaşinqton Avropa Birliyinin təhlükəsizlik məsələləri üzrə komissarı Havyer Solanaya İranın nüvə problemi ilə bağlı yaxın vaxtlarda altılığın iclasının keçirilməsini təşkil etməyi təklif edib. ABŞ hesab edir ki, bu addım İranın son illər dirəndiyi dalandan çıxmasına yardım göstərəcək. Artıq rəsmi Tehranın da Vaşinqtonun bu addımına cavabı məlumdur. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran xalqı ona qarşı atılan istənilən xoşməramlı jesti yüksək qiymətləndirir./ANS PRESS/