ABŞ İranın nüvə silahına sahib çıxmasına imkan verməyəcək
26 İyul 2009 Bazar 22:10
Hillari Klinton: "İranın nüvə proqramı perspektivsizdir"

 

ABŞ İranın nüvə silahına sahib çıxmasına imkan verməyəcək. ANS PRESS-in «Azadlıq» radiosuna istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton çıxış edib.

Klinton qeyd edib ki, Tehranı nüvə proqramından imtinaya məcbur etmək üçün Vaşinqton dünyanın digər aparıcı dövlətləri ilə birgə fəaliyyət göstərəcək.

Klinton həmçinin İranın nüvə proqramını perspektivsiz adlandırıb. Bununla yanaşı o bildirib ki, ABŞ həmişəki kimi İran və Şimali Koreya ilə dialoqa hazırdır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar