ABŞ İranın iki nazirliyinə qarşı sanksiya tətbiq etdi
09 Noyabr 2012 Cümə 02:26
Sanksiya siyahısına,dörd iranlı məmur və beş İran şirkəti əlavə olunub.
ABŞ birtərəfli sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına dəyişiklik edib. ANS PRESS-in Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, İranın rabitə və mədəniyyət nazirlərinin də adları siyahıya daxil edilib.
“Dövlət Departament Konqresi məlumatlandırıb ki, dörd iranlı məmur və beş İran şirkəti ölkədə söz və toplaşma azadlığının, eləcə də, çap və elektron mətbuata çıxışın məhdudlaşdırılmasına, beynəlxalq peyk yayımının qarşısının alınmasına yönələn hərəkətlərinə görə sanksiya siyahısına daxil ediliblər. Bütün fiziki şəxslər və vətəndaşlara adıçəkilən iranlı məmurlar və şirkətlərlə sövdələşmələr qadağan edilir”, - Dövlət Departamentinin məlumatında deyilir.
Amerika qanunvericiliyinə görə, bu şəxslərin və şirkətlərin ABŞ ərazisindəki bütün hesabları dondurulacaq.
DOSTLARINLA PAYLAŞ: