ABŞ İranda fəaliyyət göstərən şirkətlərə yardım edir
07 Mart 2010 Bazar 19:55
Ödəmə, subsidiya və digər imtiyazlar şəklində 107 milyard pul sərf edilib.
“New York Times” qəzetinin yazdığına görə, Vaşinqton İrana qarşı sanksiyaların tətbiqini tələb etməklə yanaşı, bu ölkədə fəaliyyət göstərən şirkətlərə külli miqdarda yardım edib. Federal hökumətin həmin şirkətlərə ödəmə, subsidiya və digər imtiyazlar şəklində 107 milyarddan çox yardım etdiyi bildirilir.

Bu yardım çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, bu ölkədə neft və təbii qaz ehtiyatlarının işlənməsinə yardım edən şirkətlərə 15 milyard dollara qədər ödəmələr həyata keçirilib.

Federal sənədlər əsasında qəzetin apardığı araşdırmaya görə, Obama və Buş hakimiyyətlərinin yardım etdiyi şirkətlərin üçdə ikisi İranın enerji sektorunda fəaliyyət göstərir. ABŞ hakimiyyəti və İranla iş birliyi olan 79 şirkətdən 49-u isə hələ də fəaliyyətlərini davam etdirirlər və onlara qarşı heç bir sanksiya tətbiq edilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar