ABŞ İrana qarşı sanksiyaların müddətini uzatdı
13 Mart 2009 Cümə 10:30
Prezident Barak Obama deyib ki, İran Amerika maraqlarına “fövqəladə təhlükə” təşkil etməkdədir

Amerika İrana qarşı sanksiyaları bir il müddətinə uzadır. Bu bəyanatla çıxış edən prezident Barak Obama deyib ki, İran Amerika maraqlarına “fövqəladə təhlükə” təşkil etməkdədir. Konqresə müraciətində Amerika lideri deyib ki, ölkənin milli təhlükəsizliyinə hədənin aradan qalxmadığı üçün sanksiyalar növbəti bir ilə uzadılır. Bununla yanaşı, Barak Obama İranla danışıqlarda maraqlı olduğunu deyib. Lakin onun sözlərinə görə belə bir ünsiyyətin yaranması üçün Tehran “yaxasında daş saxlamamalıdır”. Ağ evdə İranın nüvə proqramının sırf sülh məqsədli olduğuna şübhə ilə yanaşırlar. Tehran nüvə silahı əldə etmək niyyətində olmadığını desə də, Qərbin təkidlərinə baxmayaraq uranın zənginləşdirilməsi ilə bağlı işlərin dayandırılmayacağını bildirir./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar