ABŞ İran və Ermənistan arasında imzalanan razılaşmaları araşdıracaq
01 Aprel 2011 Cümə 12:40
Dövlət departamentinin rəsmisi Mark Toner bununla bağlı jurnalistlərə açıqlama verəcəyini deyib
ABŞ Dövlət Departamenti İran və Ermənistan arasında imzalanmış sənədləri sənədləri nəzərdə saxlayaq və onların özündə nə əks etdirdiyini araşdıracaq. ANS PRESS-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini səlahiyyətlərinin icraçısı Mark Toner martın 31-də keçirdiyi gündəlik brifinqdə səsləndirib.
M. Toner jurnalistin "Ermənistan prezidenti İrana səfəri çərçivəsində İranla enerji də daxil olmaqla bir sıra digər sahələrdə ikitərəfli müqavilələr imzalayıb. Bu barədə nə deyə bilərsiniz?" sualına cavabında bildirib ki, müqavilələrin detalları haqda dəqiq məlumata malik deyil.
"İran nüvə proqramı ilə bağlı danışıqlar aparılmasına razılığa gəlməməsinə baxmayaraq, biz İranla əlaqə qurmaq barədə mövqeyimizi dəfələrlə həyata keçirmişik. Bu sənədələrə gəlincə, bir daha deyirəm ki, məlumata malik deyiləm, amma məsələ ilə bağlı araşdırma aparacağıq və sizə məlumat verəcəyik", deyə M. Toner əlavə edib.
DOSTLARINLA PAYLAŞ: