ABŞ İran kəşfiyyatına qarşı sanksiya tətbiq etdi
17 Fevral 2012 Cümə 03:37
Vaşinqton İranın Kəşfiyyat və Dövlət Təhlükəsizlik Nazirliyini terroru dəstəkləməkdə günahlandırır.
ABŞ hökuməti İranın Kəşfiyyat və Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiya tətbiq edib. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, nazirlik insan hüquqlarının pozulmasında və Suriya hakimiyyəti tərəfindən həyata keçirilən repressiyalara dəstək verməkdə ittiham edilir.
“Bu gün biz İran vətəndaşlarının hüquqlarını pozan və bu yanlış təcrübəni qonşu Suriyaya keçirən Kəşfiyyat və Dövlət Təhlükəsizlik Nazirliyinə qarşı sanksiya tətbiq edirik”, - ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koen bildirib. Onun sözlərinə görə, İran kəşfiyyatı “Əl Qaidə”, “Həmas” və “Hizbullah” qruplaşmalarına da dəstək verir.
Saknsiyalar nazirlik əməkdaşlarının ABŞ ərazisinə girişinə, Birləşmiş Ştatlar ərazisindəki mülkiyyətdən istifadəsinə, eləcə də Amerika vətəndaşları və şirkətləri ilə istənilən əməkdaşlığa qadağa qoyulmasını nəzərdə tutur.
DOSTLARINLA PAYLAŞ: