ABŞ: İran 2200-dən çox raketə malikdir
02 Mart 2011 Çərşənbə 03:42
General Ceyms Mettis: “İran hazırda Yaxın Şərqdə ən böyük raket potensialına malik ölkədir”.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Tehran 2200-dən çox ballistik və uzaq mənzilli raketlərə malikdir. Nazirliyi iddia edir ki, İran hərbi nüvə proqramından imtina etmək niyyətində deyil. Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandalığının rəhbəri Ceyms Mettis Konqresdə bəyan edib.
“BMT tərəfindən tətbiq olunan sanksiyalara baxmayaraq, İran nüvə silahının yaradılması proqramının həyata keçirilməsini davam etdirmək niyyətindədir” - deyə o Senatın Silahlı Qüvvələr üzrə komitəsindəki dinləmələrdə bildirib: “Tehranın bu ambisiyaları nüvə materiallarının yayılmasına gətirib çıxara və bölgədə nüvə silahları yarışına səbəb ola bilər”.
Generalın sözlərinçə görə, İran raket arsenalını genişləndirməkdə davam edir. “İran hazırda Yaxın Şərqdə ən böyük raket potensialına malik ölkədir”, - deyə ameripkalı general əlavə edib: “İran bu raketlərdən hərbi donanma ilə birlikdə qlobal ticarət üçün təhlükə yaratmaqda istifadə edə bilər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: