ABŞ-ın vitse-prezidenti Saakaşviliyə zəng edib
05 Avqust 2009 Çərşənbə 11:10
Cozef Bayden gürcü liderini regionda vəziyyəti qeyri-sabitliyə doğru aparan addımlardan çəkinməyə çağırıb

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cozef Bayden ötən gün axşam Gürcüstan prezidenti Mixail Saakaşviliyə zəng edib. Bayden Saakaşvilini regionda vəziyyəti qeyri-sabitliyə doğru aparan addımlardan çəkinməyə çağırıb. Bu barədə məlumatı AFR agentliyi yayıb.

Məlumata görə, onlar arasında telefon danışığı, ABŞ prezidenti Barak Obama ilə Rusiya dövlət başçısı Dmitri Medvedev arasında elə bu mövzuda aparılan danışıqlardan bir neçə saat sonra olub.

Bayden Qafqazda obyektiv beynəlxalq monitorinq missiyasının olmasının vacibliyini vurğulayıb. Vitse-prezident ABŞ-ın Gürcüstanı dəstəklədiyini qeyd edib.

Bu arada ABŞ-ın müdafiə nazirinin müavini Aleksandr Verbşounun Amerikanın Abxaziya və Cənubi Osetiyanın geniş şəkildə beynəlxalq səviyyədə tanınmasına bütün yollarla mane olacağını bildirib. Verbşounun sözlərinə görə, ABŞ-ın siyasəti əsasən Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və süverenliyini  dəstəkləməyə yönəlib. O, Obamanın sözlərini təkrar edərək ATƏT və NATO-nun Gürcüstanda müşahidə  missiyalarının sona çatması barədə təəsüfləndiyini qeyd edib və buna görə məsuliyyəti Rusiyanın üzərinə atıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar