ABŞ-ın uğursuz sınağı
16 Dekabr 2010 Cümə Axşamı 11:15
Amerikanın raket əleyhinə müdafiə sisteminin sınaqları uğursuz nəticələnib
ABŞ-ın dünən keçirilən raket əleyhinə müdafiə sisteminin sınaqları uğursuz nəticələnib. ANS PRESS-in “Associated Press”-ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatı ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyi yayıb.

Sınaqlar zamanı ABŞ-ın Kaliforniya ştatının Vandenberq şəhərində bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus hərbi bazadan buraxılmış zərərsizləşdirici raket Sakit okeanın qərb hissəsindəki Kvadceleyn hərbi hissəsindən buraxılmış hədəf-raketi vurması nəzərdə tutulub. Ancaq havaya buraxılmış zərəsizləşdirici-raket hədəfi tuta bilməyib. İlkin məlumatlara görə, təyinedici qurğular ştat rejimdə işləyib.

Dünən keçirilən raket sınaqlarında hansı raketlərin sınanıldığı barədə məlumat verilməyib. Məlumatda sadəcə ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar apardığı qeyd olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar