ABŞ-ın sərnişin təyyarəsi ikiyə bölündü
31 İyul 2011 Bazar 11:28
ABŞ-ın sərnişin təyyarəsi ikiyə bölündü. Xəsarət alanlar var.
ABŞ-ın Nyu-York şəhərindən havaya qalxan “Karibir Airlines” Avia Şirkətinə məxsus “Boinq-731-800” sərnişin təyyarəsi Qayananın paytaxtı Corctaunda eniş edərkən qəfildən 2 hissəyə bölünüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəza zamanı təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 163 nəfər olub. Xoşbəxtlikdən qəza itkisiz ötüşüb. Yalnız bir neçə nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, qəzaya nəyin səbəb olduğu hələ ki, məlum deyil. Təyyarə eniş etdiyi zaman yağış yağdığı bildirilir. Qayana rəhbərliyi Amerikanın Aviasiya Təşkilatından qəza ilə bağlı araşdırmalara yardım etməyi xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: