ABŞ-ın sanksiyaları İranın milli valyutasını uçuruma yuvarlayır
04 Yanvar 2012 Çərşənbə 02:45
Avropa İran neftini almaqdan imtina etsə, vəziyyət daha da pisləşə bilər.
ABŞ-ın sanksiyaları nəticəsində İranın milli valyutası - rial sürətlə dəyərdən düşüb. ANS PRESS-in MİGnews.com-a istinadən verdiyi məlumata görə, Tehrandakı valyutadəyişmə məntəqələrində bir dollar 17 min riala dəyişdirilir.
Bu, ötən ilin son hərrac günü ilə müqayisədə 10 faiz artıqdır. İran rialının zəifləməsinin əsas səbəbi Amerikanın iqtisadi sanksiyalarının yeni kompleksidir. Bu sanksiyalar İranın mərkəzi bankı ilə əməkdaşlıq etdiyi maliyyə institutlarına qarşı yönəlib. Bu, İranın leqal xarici ticarəti prosesini çətinləşdirir.
Avropanın İran neftini almaqdan imtina etməsi ehtimalı da əlavə risk hesab olunur. Bu barədə qərarın həftə ərzində qəbul olunacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: