ABŞ-ın neft ehtiyatları artıb
15 Yanvar 2010 Cümə 19:35
Analitiklərin proqnozu özünü doğrultmadı
Qlobal maliyyə böhranına baxmayaraq ABŞ-ın neft ehtiyatlarında artım müşahidə olunub. Amerikan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, ölkənin neft və neft məhsullarına olan ehtiyatlarının həcmi 3,7 milyon barel artaraq 331 milyon barelə çatıb.
Məlumatlara əsasən, Birləmiş Ştatların benzin ehtiyatı 3,8 milyon barel yüksələrək 223, 5 barelə, distillə olunmuş ehtiyyatların həcmi isə 1,4 milyon barel artaraq 160, 4 milyon təşkil edib.
Qeyd edək ki, bu göstəricilər analitiklərin proqnozlarından bir qədər yüksək olub. Belə ki, ekspertlər benzinə olan ehtiyatların həcmində 1,2 milyon barel, neftdə isə 1,2 milyon barel artım olacağını söyləmişdilər. Distillə olunmuş ehtiyatlar isə 1,8 milyon barel azalmalı idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: