ABŞ-ın Müstəqillik günü: faktlar kolleksiyası
04 İyul 2011 Bazar Ertəsi 12:34
Amerikalılar öz dövlət bayramlarına necə yanaşırlar?
Bu gün Amerika Birləşmiş Ştatları əsas bayramı olan Müstəqillik gününü qeyd edir. Bu il yeni dövlətin yaradıldığını elan edən sənədin imzalanmasından 235 il ötür. Müstəqillik Bəyannaməsi Şimali Amerikanın 13 Britaniya koloniyasının “artıq müstəqil dövlətlər olduğunu və Britaniya tax-tacının bütün öhdəliklərindən imtina etdiyini” təntənəli şəkildə elan etdi. Bəyannamədə ilk dəfə olaraq rəsmi surətdə yeni dövlətin - Amerika Birləşmiş Ştatlarının adından istifadə olundu.
ANS PRESS-in “Amerikanın səsi” radiostansiyasına istinadən verdiyi xəbərə görə, Müstəqillik günü ənənəsi özündə yürüş, atəşfəşanlıq və ailəvi pikniklərin keçirilməsini birləşdirir. Müəyyən regional xüsusiyyətlər də mövcuddur. Məsələn, 4 iyul tarixində Alyaska ştatının Syuard şəhərində Maunt-Marafon dağlarının zirvəsinə piyada yürüş keçirilir; Pensilvaniya ştatının Litits şəhərində şam festivalı təşkil olunur; Nebraska ştatının Tekums şəhərində məhkəmə binasına ABŞ Silahlı Qüvvələrində xidmət edən yerli mənşəli hər bir kəsin şərəfinə bir neçə yüz bayraq asılır.
2010-cu ildə ulduz-zolaqlı ABŞ bayraqlarının idxal həcmi 3,2 milyon dollar (Ölkənin baş dövlət simvolunun əsas tədarükçüsü Çindir), ixrac həcmi isə 486 min dollara (Böyük hissəsi Meksikaya tədarük olunub) bərabər olub.
“Rasмussen Reports” şirkətinin sorğusu göstərib ki, amerikalıların 66 faizi Bəyannamənin “hökumət öz hakimiyyət səlahiyyətlərini yerli idarəçilərlə razılaşdıraraq həyata keçirir” müddəası ilə razı olduqlarını bildiriblər. Lakin respondentlərin 23 fazi bildiriblər ki, ölkənin müasir hakimiyyət strukturları bu prinsiplərə rəhbərlik edir, 69 faiz isə federal hakimiyyət orqanlarının həm bu, həm də digər fəaliyyətinin olması ilə razıdırlar.
Sorğulananların bir qədər az hissəsi (45 faiz) bildirib ki, hazırda həyatlarını özləri idarə etmək istəyən amerikalılarla siyasətçilər arasında qırılma, 18-ci yüzillikdə Amerika kaloniyaları ilə Britaniya İmperiyası arasında olan qırılma qədər böyükdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: