ABŞ-ın Misirle bağlı şok qerarı
15 Avqust 2013 Cümə Axşamı 00:39
Con Kerri: Fövqelade veziyyete en qısa zamanda son qoyulmalıdır.
ABŞ xarici işlər naziri Con Kerri Misirdə fövqəladə vəziyyət elan edilməsinə qarşı olduqlarını bildirib. ANS PRESS-in Habertürk-ə istinadən verdiyi məlumata görə, Kerri fövqəladə vəziyyətin tez bir zamanda bitirilməsini istəyib:
“Fövqəladə vəziyyətə ən qısa zamanda son qoyulmalıdır”.
Qeyd edək ki, ABŞ, Misirlə bağlı mövqesində eyni qalır. Ağ Evdən verilən açıqlamada ABŞ-ın Misirdə gələn il baş tutacaq seçkilərdə və ölkədə siyasi reformların hayata keçirilməsində sözlərini tutmaları üçün yeni hökuməti təşviq etməyə davam edəcəyi bildirilib.
DOSTLARINLA PAYLAŞ: