ABŞ-ın məxfi xidmətinə ilk dəfə qadın başçılıq edəcək
27 Mart 2013 Çərşənbə 03:45
Barak Obama 53 yaşlı Culiya Pirsonun nəmizədliyini irəli sürüb.
ABŞ prezidenti Barak Obama ölkənin birinci şəxslərinin mühafizəsi ilə məşğul olan məxfi xidmətin rəhbəri vəzifəsinə 53 yaşlı Culiya Pirsonu təyin etmək niyyətini açıqlayıb.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Barak Obama bildirib ki, bu namizəd iri tədbirlərdə təkcə amerikalıları yox, həm də prezident də daxil olmaqla ABŞ liderlərinin və ailələrini mühafizə edən struktura rəhbərlik üçün bütün keyfiyyətlərə malikdir.

Culiya Pirson əvvəllər məxfi xidmətin aparat rəhbəri vəzifəsini tutub. Onun namizədliyinin Senatda təsdiqlənməsi tələb olunmur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar