ABŞ-ın İrana verdiyi möhlət başa çatdı
02 Yanvar 2010 Şənbə 11:55
ABŞ-ın İrana verdiyi möhlət başa çatdı. BMT yaxın həftələrdə rəsmi Tehrana qarşı yeni sanksiyalar tətbiq edə bilər.
ABŞ-ın İrana verdiyi ultimatumun müddəti başa çatıb. Birləşmiş Ştatlar prezidenti Barak Obama rəsmi Tehranın nüvə proqramı probleminin həlli üçün yeni təşəbbüsə yanvarın 2-dək cavab verməli olduğunu bildirmişdi.

Ağ Evin məqsədi uranın zənginləşdirilməsi üçün Rusiyaya, oradan isə Fransaya göndərilməsinə nail olmaqdır. Fransa da isə Tehrandakı elmi nüvə reaktoru üçün xammal hazırlanmalıdır. Bu planı 2009-cu ildə nüvə probleminin nizamlanması ilə məşğul olan “Altılıq” ölkələri hazırlayıblar.

Tehran bu şərtlərlə razılaşmayıb. Deməli, yaxın həftələrdə BMT İrana qarşı yeni sərt sanksiyalar tətbiq edə bilər. BMT Təhlükəsizlik Şurasında bu barədə müvafiq məsləhətləşmələrin fevralın ortalarında başlayacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar