ABŞ-ın gizli həbsxana saxladığı ölkələrin adları məlum olub
05 Sentyabr 2011 Bazar Ertəsi 15:44
AŞPA-nın ombusmanı Litva, Polşa və Rumıniyadan izahat gözləyir.
Ötən həftə Avropa Şurasının insan haqları üzrə ombudsmanı Tomas Hammarberq avrozona ölkələrini kəskin şəkildə tənqid etmişdi. Bu həftənin ilk iş günü ombusman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarına yuva olan ölkələrin adlarını konkret olaraq açıqlayıb.

Tomas Hammarberq Litva, Polşa və Rumıniyadan məxfi həbsxana proqramlarındakı rolları ilə bağlı izahat gözlədiyini bildirib.

“İnsan haqları Avropa sisteminə dəyən ziyan ancaq bütün həqiqət üzə çıxacağı təqdirdə bərpa oluna bilər”,- deyə AŞPA-nın insan haqları üzrə ombusmanı Tomas Hammarberq tələb edib.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin ABŞ-ın hüdudlarından kənarda gizli həbsxana proqamları haqda informasiya Birləşmiş Ştatlar qanunvericiliyi sayəsində mümkün olub. Belə ki, həmin qanuna əsasən, ABŞ daxilində işgəncə tətbiq etmək qadağandır. Elə məşhur Quantanamo həbxanası da belə şəraitdə yaradılmışdı.

Yuxarıda adı çəkilən 3 Avropa ölkəsində gizli həbsxanaların olması haqda faktlar 2005-ci ildə məlum olubmuş. Həmin vaxt Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski və keçmiş baş nazir Lejek Miller gizli həbsxanalarla bağlı sorğu-sual edilərkən bu haqda heç nə bilmədiklərini iddia etmişdilər. 2009-cu ildə isə Litva parlamenti MKİ-nin həbsxanaları haqda araşdırma aparmaqdan imtina etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar