ABŞ-ın ermənipərəst senatoru Con Ensayn əxlaqsız çıxdı
23 Aprel 2011 Şənbə 13:17
Respublikaçı senator Con Ensayn istefa verdiyini bəyan edib.
Ermənilər ABŞ Senatında olan amerikalı havadarlarından birini də itiriblər. ABŞ senatında dəfələrlə qondarma erməni soyqırımının tanınması təşəbbüsü ilə çıxış edən, hətta "soyqırım"ın ABŞ prezidenti tərəfindən tanınması üçün ona dəfələrlə müraciətlər ünvanlamış respublikaçı senator Con Ensayn istefa verdiyini bəyan edib.

ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, senatorun istefasına səbəb onun adının seksual xarakterli qalmaqalda hallanması və korrupsiyada ittiham edilməsi olub. Agentliyin məlumatına görə, Con Ensayn hələ 2009-cu ildə Sintiya Hempton adlı qadınla nikahdan kənar cinsi əlaqədə olduğunu və həmin qadının əri Duqlas Hemptona Nevada ştatında yerləşən iki şirkətdə lobbiçilik fəaliyyəti ilə məşğul olmağa şərait yaratdığını etiraf edib.

Bu fakt ermənilərin maraqlarını ABŞ senatında təmin edən bir şəxsin özünün mənəvi və əxlaqi cəhətdən pozğun olmasını göstərir. Adının seksual qalmaqalda hallanan bir senatorun ABŞ-da ermənilərin hüquqlarını müdafiə etməsi yəqin ki, təəccüblü deyil. Yəqin ki, ermənilər təxirəsalmadan ABŞ Senatında maraqlarını təmin etmək üçün növbəti Con Ensayn kimi dırnaqarası əxlaqlı senatorun axtarışına başlayacaqlar.

Xatırladaq ki, Con Ensayn 11 il ərzində Nevada ştatını ABŞ Senatında təmsil edib. O, bu müddət ərzində ermənilərin qondarma soyqırımının tanınması üçün dəridən-qabıqdan çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar