ABŞ-ın dövlət katibi yeni ölkə kəşf etdi - Qırzaxstan
26 Fevral 2013 Çərşənbə Axşamı 13:09
Birləşmiş Ştatların rəsmi nümayəndələri dövlət katibinin bu səhvini şərh etməyiblər.
Qırğızıstan ABŞ-ın Dövlət katibi Con Kerri sayəsində yeni ad aldı. Belə ki, cənab Kerri Virciniya ştatında universitetdə rəsmi çıxışı zamanı Amerika hakimiyyətinin cəsur əməkdaşlarının ağır zəhmətindən danışıb.
“Onlar Nigeriyada korrupsiya ilə mübarizə aparırlar. Birmada qanunun aliliyini təmin edirlər. Qırzaxstan və Gürcüstanda demokratik dəyişikliklərə dəstək olurlar”,- deyə ABŞ Dövlət Departamentinin baş katibi Con Kerri bəyan edib. O, daha sonra deyib ki, ölkənin demokratik rejmə keçməsi üçün böyük zaman lazımdır.
Birləşmiş Ştatların rəsmi nümayəndələri dövlət katibinin bu səhvini şərh etməyiblər. Lakin onun nitqinin mətnində protokola əsasən söhbət Qırğızıstandan gedirdi.