ABŞ-ın dövlət katibi Sarkisyanı qələbə ilə təbrik edib
26 Fevral 2013 Çərşənbə Axşamı 14:17
O, ATƏT-in müşahidə missiyasının seçki ilə bağlı rəyi ilə şərik olduğunu bildirib.
ABŞ yeni təyin olunmuş dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sarkisyanı prezident postuna yenidən seçilməsi münasibəti ilə təbrik edib. Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda Kerri 2012-ci ildə keçirilən parlament seçkilərindən sonra KİV-lərdə bütün namizədlərə öz seçki qabağı aqitasiya aparılmasına şərait yaradılmasından məmnunluğunu vurğulayıb. O, ATƏT-in müşahidə missiyasının seçki ilə bağlı rəyi ilə şərik olduğunu bildirib.

Seçkilərin rəsmi nəticələrini tanımaq istəməyən İrs Partiyasının sədri Raffi Ovanesyan dövlət və hökumət başçılarını Serj Sarkisyanı təbrik etməklərini təxirə salmağa çağırıb. O, bunu seçkilərin ədalətsiz keçirilməsi ilə izah edib. Raffi Ovanesyan bəyan edib ki, Serj Sarkisyanı təbrik edənlər onun saxta qələbəsinə şərik çıxacaq və bundan sonra erməni xalqının başına gələnlərə görə məsuliyyət daşıyacaq.

Bölgələrdə tərəfdarları ilə mitinqləri davam etdirən Raffi Ovanesyan martın 1-də paytaxt İrəvanda mitinq keçirmək üçün şəhər rəhbərliyindən icazə alıb. Axşam saat 17-də başlayacaq mitinq 3 saatadək davam edəcək. Qeyd edək ki, Ovanesyan bundan bir gün əvvəl də fevralın 28-də paytaxtda mitinq keçirmək niyyətindədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar