ABŞ-ın 2 milyondan çox sakini çovğun üzündən işıqsız qalıb
01 Noyabr 2011 Çərşənbə Axşamı 01:58
Pis hava şəraiti 12 nəfərin həyatına son qoyub.
ABŞ-ın şərqində və şimal-şərqindəki güclü çovğun nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. 2,2 milyona yaxın ev təsərrüfatı işıqsız qalıb.

Bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi. Tələfat əsasən yol qəzaları nəticəsində baş verib.

Hava şəraiti ilə əlaqədar Nyu-Cersi, Nyur-York, Konnektikut və Massaçusets ştatlarının qubernatorları fövqəladə vəziyyət rejimi elan ediblər. Meteoroloqlaroın məlumatına görə, bəzi regionlarda iki gün ərzində qarın hündürlüyü 80 santimetrə çatıb. Pis hava şəraiti hava və dəmir yolu nəqliyyatında yüzlərlə sərnişinə ziyan vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar