ABŞ hökuməti Türkiyədən təcili kömək istədi
03 Avqust 2014 Bazar 02:31
ABŞ hökuməti qaçırılan İsrail hərbçisi üçün Türkiyə və Qətərdən kömək istəyib.
ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri Həmas tərəfindən qaçırılan və İsrailin müdafiə naziri Moşe Yalonun bacısıoğlu olduğu söylənilən zabitin sərbəst buraxılması üçün Türkiyə və Qətərə müraciət edərək, onlardan bu məsələdə dəstək olmalarını istəyib.
C.Kerri Qəzzada iki israilli əsgərin ölümünə və birinin qaçırılmasına səbəb olan hücuma görə İsrail və Fələstin tərəflərini pisləyib. İsrailli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılsa da, Kerri onları atəşkəsə əməl etməməkdə günahlandırıb.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb. İsrail ordusu isə 150-yə yaxın hərbçisini itirib.
DOSTLARINLA PAYLAŞ: