ABŞ hindulardan rəsmi üzr istədi
20 May 2010 Cümə Axşamı 11:40
Creek qəbiləsinin başçısı isə bunu tarixi addım adlandırıb.
ABŞ yerli qəbilələrdən məruz qaldıqları pis rəftar və zorakılığa görə rəsmən üzr istəyib. Paytaxt Vaşinqtondakı Konqres məzarlığında beş yerli qəbilənin iştirakı ilə keçirilən mərasimdə senator Sam Brovnbak yerlilərdən üzr istəmək üçün hazırlanan qətnaməni oxuyub.
"Cherokee", "Choctaw", "Muscogee" (Creek), "Pavnee", "Sisseton Vahpeton Oyate" qəbilələrinin qatıldığı mərasimdə Cherokee başçısı Çad Smit üzr tələb etmədiklərini, ancaq üzürxahlığı qəbul etdiklərini bildirib. "Üzr istəmək çətindir, ancaq bəzən bu üzrü qəbul etməkdə daha çətindir", deyə Ç. Smit vurğulayıb.
Creek qəbiləsinin başçısı isə bunu tarixi addım adlandırıb.
Qeyd edək ki, mərasimin keçirildiyi qəbirstanlıqda 12 yerli qəbilədən 36 nəfər dəfn edilib.
Brovkman müəllifi olduu qətnamənin qəbulu üçün 6 ildir mübarizə aparıb. Ötən il həm Senatdan, həm də Nümayəndələr Palatasından keçən qanun layihəsi prezident Barak Obama tərəfindən də təsdiq edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: