ABŞ hərbiçisindən şok iddia
14 Sentyabr 2013 Şənbə 12:00
ABŞ İran İraq müharibəsində Səddam Hüseynə kimyəvi silah verib.
ABŞ İran-İraq müharibəsində Səddam Hüseynə kimyəvi silah verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir iddia ilə ABŞ-ın istefada olan hərbçisi Karen Kiyantovski çıxış edib. Hərbçi “Rusiyanın səsi” radiosuna verdiyi açıqlamada ABŞ-ın İran-İraq müharibəsində İraqa kömək etdiyi və bu ölkəyə kimyəvi silahla dəstək verdiyini bildirib.

Barak Obama hakimiyyətinin Suriya ilə bağlı siyasətini ikiüzlülük adlandıran 53 yaşlı hərbçi ABŞ-ın bir çox ölkələrə kimyəvi silah verdiyini iddia edib: “Biz daha əvvəl, İran-İraq müharibəsi dövründə Səddam Hüseynə kimyəvi və bioloji silahlar vermişik”. Hələlik ABŞ rəsmiləri bu iddialara cavab verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar