ABŞ hərbçilərinin İraqdan çıxarılması prosesi başa çatdı
18 Dekabr 2011 Bazar 11:59
Amerika əsgərlərinin son avtomobil karvanı bu gün səhər saatlarında bu ölkəni tərk edib.
Bu gün səhər ABŞ hərbçiləri ilə dolu son avtomobil karvanı İraqı tərk edərək Küveytə keçib. ANS PRESS-in CNN-ə istinadən verdiyi məlumata görə, maşın karvanında Fort-Hud hərbi bazasında hərbi qulluq keçən 500 hərbçisi olub.

Bununla da sabiq İraq lideri Səddam Hüseyn devrildikdən sonra ABŞ hərbi kontitgentinin bu ölkədəki doqquzillik missiyasına son qoyulmuş olub. İndi ABŞ hərbçiləri İraqda yalnız səfirliklərinin inzibati binasını müdafiə edəcək.

Xatırladaq ki, doqquz il ərzində İraqda 1,5 milyon amerika hərbçisi hərbi xidmət keçib ki, bunlardan 4484 hərbçi ölüb, 30 min hərbi qulluqçu isə yaralanıb. Pentaqonun məlumatına görə, İraqda doqquz il ərzində 60 min dinc sakin həlak olub. ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, İraq kampaniyası büdcəyə 1 trilyon dollara başa gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar