ABŞ hərbçiləri ilə dolu təyyarə İrana təcili eniş edib
06 Sentyabr 2014 Şənbə 10:21
ABŞ hərbçiləri ilə dolu təyyarə İrana təcili eniş edib. ABŞ dövlət departamenti bununla bağlı bəyanat yayıb.
ABŞ hərbçiləri ilə dolu təyyarə İrana təcili eniş edib.
ANS PRESS-in məlumatına görə, hərbçilərə icarəyə verilmiş "FlyDubai" təyyarəsi Əfqanıstan hərbi bazasına gedərkən bürokratik problemlər səbəbindən İranın cənubunda məcburi eniş edib.
ABŞ dövlət departamentinin bəyanatında qeyd edilir ki, İran hakimiyyəti sənədləşdirmə problemleminə görə, pilotları əfqan bazasına geri qayıtmaq üçün məlumatlandırıb. Ancaq təyyarə ekipajı bu manevri edə bilməyib, çünki təyyarənin yetərli yanacağı olmayıb.
ABŞ-ın dövlət departamentindən bildirilib ki, bir neçə saatlıq ləngimədən sonra bütün problemlər həll edilib. Təyyarə səfərinə davam edib və Dubayda yerə enib. Ümumilikdə, təyyarədə 140 sərnişin olub. Onlardan 100-ə yaxını isə ABŞ vətəndaşı olub.
"Biz təyyarənin sərnişinlərinə kömək edən bütün tərəflərin fəaliyyətini alqışlayırıq", - deyə dövlət departamentinin mətbuat katibi Mari Хаrf bildirib.
DOSTLARINLA PAYLAŞ: