ABŞ hər gün nüvə silahından istifadə edir. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, belə bir bəyanatla Pentaqonun keçmiş başçısı Ceyms Şlezinger çıxış edib. Yerli qəzetlərdən birinə müsahibə verən Şlezinger bildirib ki, ABŞ-ın nüvə silahından istifadə etməsində əsas məqsədi potensial düşmənlərinin qarşısını almaq və müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdir.
ABŞ-ın keçmiş müdafiə naziri qeyd edib ki, dünyada nüvə silahının yayılması təhlükəsinin qaldığı halda nüvə dövlətləri malik olduqları nüvə silahını sayını azaltmamalıdır. /ANS PRESS/