ABŞ Gürcüstana 400 dəniz piyadaçısı göndərib
12 Mart 2013 Çərşənbə Axşamı 08:38
Bu gündən Tiflisdə iki ölkənin birgə hərbi təlimləri başlayır.
Gürcüstana hərbi təlimlərdə iştirak etmək üçün 400 amerikalı dəniz piyadaçısı gəlib. Martın 11-dən aprelin 5-dək Gürcüstanda "Döyüşkən ruh 2013" adlı gürcü-amerikan hərbi təlimləri keçiriləcək.
ANS PRESS-in KP.ru-ya istinadən verdiyi məlumata görə, təlimlərdə Amerikadan 400 hərbçi iştirak edir.
"İnterfax" yazır ki, bu, Gürcüstanda hökumət dəyişəndən sonra bu sayda amerikalı əsgərlərin ilk səfəri hesab olunur.
Xatırladaq ki, 2012-ci ilin avqust ayında ABŞ və Gürcüstan Rusiyanı "Qafqaz 2012" hərbi təlimlərini keçirməməyə çağırırdı.
DOSTLARINLA PAYLAŞ: